SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 43,1 mln. dollarlıq qeyri-neft sektoru məhsulları ixrac edib

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 43,1 mln. dollarlıq qeyri-neft sektoru məhsulları ixrac edib Bu ilin yanvar-mart aylarında qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edib.
Energetika
30 Aprel , 2019 15:14
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 43,1 mln. dollarlıq qeyri-neft sektoru məhsulları ixrac edib

Bu ilin yanvar-mart aylarında  qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-cu ilin aprel ayı üçün olan sayında göstərilib.

Hesabat dövründə İdarənin qeyri-neft sektoru üzrə ixracı 43,1 mln. dollar təşkil edib.

Bu siyahıda növbəti yerləri "Azərenerji" ASC (38,4 mln. dollar), "Azəralüminium" MMC (19,1 mln. dollar), "Azergold" QSC (13 mln. dollar), "Azərbaycan Hava Yolları" QSC (4,5 mln. dollar), “CTS-Agro” MMC (2,4 mln. dollar), "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC (1,2 mln.dollar), "Bakı Neft Maşınqayırma Zavodu" TASC (310 min dollar), "Azəripək" MMC (135 min dollar), "Azərbaycan Dəmir Yolları" QSC (85 min dollar) bölüşdürür.

Qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqinə gəlincə, ilk onluqda "MKT İstehsalat Kommersiya" MMC (26,9 mln. dollar), “SOCAR Polymer” MMC (23,6 mln. dollar), "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi (20,8 mln. dollar), "P-Aqro" MMC (8,3 mln. dollar), "TST Export" MMC (7,8 mln. dollar), "Sun Food" MMC (6,6 mln. dollar), “Azhazelnut” MMC (6,1 mln. dollar), "Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD" MMC (6 mln. dollar), "Baku Steel Company" MMC (5,7 mln. dollar), "Azerstar" MMC (5,4 mln. dollar) təmsil olunur.

Son xəbərlər

Orphus sistemi