SOCAR-ın laboratoriyası beynəlxalq qarşılaşdırma testində iştirak edib

SOCAR-ın laboratoriyası beynəlxalq qarşılaşdırma testində iştirak edib Göndərilmiş su nümunələri 33 parametr üzrə analiz olunub
Energetika
25 İyul , 2017 17:51
SOCAR-ın laboratoriyası beynəlxalq qarşılaşdırma testində iştirak edib

Bakı. 25 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ekologiya İdarəsinin Kompleks Tədqiqatlar Laboratoriyası (KTL) iyul ayında İngiltərənin bu sahədə ixtisaslaşmış nüfüzlu LGC şirkətinin 100-dən artıq beynəlxalq laboratoriya arasında təşkil etdiyi su nümunələrinin təhlili üzrə qarşılaşdırma testində iştirak edib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, göndərilmiş su nümunələri 33 parametr üzrə analiz olunub və nəticələr beynəlxalq qarşılaşdırma testini təşkil edən LGC şirkətinə təqdim edilib: “LGC şirkətinin rəyinə əsasən, aparılmış qarşılaşdırmanın nəticəsi olaraq KTL 96% uyğunluq əldə edib ki, bu da uğurlu nəticə sayılır. Bu cür nəticənin əldə olunması yerli və beynəlxalq şirkətlərlə əməkdaşlığın qurulmasında laboratoriya üçün geniş imkanlar yaradır”.

Qeyd edək ki, KTL 2012-ci ildən TurkAK tərəfindən “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” (TS EN ISO/IEC 17025:2012) standartına uyğun akkreditasiyadan keçib.

Son xəbərlər

Orphus sistemi