​SOCAR-ın Komleks Tədqiqatlar Laboratoriyasında audit aparılıb

​SOCAR-ın Komleks Tədqiqatlar Laboratoriyasında audit aparılıb Laboratoriya yenidən akkreditasiya attestatı alıb
Energetika
8 İyul , 2016 13:20
​SOCAR-ın Komleks Tədqiqatlar Laboratoriyasında audit aparılıb

Bakı. 8 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ekologiya İdarəsinin Kompleks Tədqiqatlar Laboratoriyasında Türk Akkreditasiya Qurumu növbəti audit yoxlaması aparıb.

"Report" SOCAR-a istinadən xəbər verir ki, audit zamanı laboratoriyada ümumi iş şəraitinin, nümunələrin qəbulu, saxlanılması, qeydiyyatı, metalların və biogen elementlərin təhlili proseslərinin təsdiq olunmuş prosedurlara uyğunluğu yoxlanılıb. Auditorlar tərəfindən KTL-də akkreditasiya sahəsinin genişləndirilməsi ilə əlaqədar içməli su, dəniz suyu, lay suyu nümunələrində xlor, sulfat, maqnezium, kalsium ionlarının, ümumi codluq, ümumi qələvilik kimi kimyəvi və Escherichia Coli, Total Coliforms kimi mikrobioloji analizlərin təhlili qaydalarının ardıcıllığı izlənilib və təhlil prosesi üzrə sənədləşmələrin standartın tələblərinə uyğunluğu yoxlanılıb. Türk Akkreditasiya Qurumu nümayəndələri proqrama uyğun olaraq Ekologiya İdarəsi rəhbərliyinin və KTL əməkdaşlarının iştirakı ilə toplantı keçirib, auditin nəticələri barədə məlumat veriblər. KTL-də yerinə yetirilən işlərin İSO/İEC:17025:2010 standartının tələblərinə tam uyğun aparıldığı qeyd edillib və laboratoriyanın bu istiqamətdə fəaliyyətinin daha da genişləndirilməsi tövsiyə olunub. Laboratoriya yenidən akkreditasiya attestatı alıb.

Qeyd edək ki, Laboratoriya Türk Akkreditasiya Qurumunun İSO/İEC:17025 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına əsasən 2012-ci ildə içməli su, dəniz suyu, lay suyu, torpaq nümunələrində metalların analizi, 2014-cü ildə isə içməli su, dəniz suyu, lay suyu, torpaq nümunələrində biogen elementlərin analizi üzrə akkreditasiya attestatını alıb. Standartın tələblərinə uyğun olaraq akkreditasiyadan keçirilən laboratoriyalarda hər il təkrar audit yoxlamaları aparılır. 

Son xəbərlər

Orphus sistemi