SOCAR-ın idarəsində sertifikat yeniləmə auditi keçirilib

SOCAR-ın idarəsində sertifikat yeniləmə auditi keçirilib Auditorlar görülən işləri müsbət qiymətləndiriblər
Energetika
19 Fevral , 2016 16:43
SOCAR-ın idarəsində sertifikat yeniləmə auditi keçirilib

Bakı. 19 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) bütün müəssisələrinin təyinata uyğun sertifikatlaşdırılmasını reallaşdıran Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi qaynaqçıların hazırlanması, sertifikatlaşdırılması və attestasiyasını "Personal sertifikatlaşdırılmasını həyata keçirən müəssisələr üçün ümumi kriteriyalar" (TS EN ISO/IEC 17024) beynəlxalq standartının tələblərinə uyğun həyata keçirir.

"Report" xəbər verir ki, bu, SOCAR-ın məlumatında qeyd olunub.

Bu sahədə görülən işlərin yetərliliyinin müəyyən edilməsi ilə əlaqədar olaraq TTSİ-də fevralın 17-18-də Türk Akkreditasiya Təşkilatının nümayəndəsi Receb Ayvalık və TURKAK-ın texniki mütəxəssisi Arzu Yağcının iştirakı ilə növbəti audit keçirilib, beynəlxalq standartın tələblərinin müəssisədə yerinə yetirilməsi vəziyyəti yoxlanılıb.

Bu münasibətlə keçirilmiş təbdirdə İdarənin rəisi Fuad Süleymanov auditorların nəzərinə çatdırıb ki, TTSİ təşkilat və fərdi müraciətlərə əsasən TS EN ISO/IEC 17024 beynəlxalq standartının tələb və şərtlərinə uyğun müxtəlif qaynaq metodları üzrə qaynaqçı personalının nəzəri və praktiki sınağını həyata keçirir. O bildirib ki, bu sınaqlardan müvəffəqiyyətlə keçən qaynaqçılara “SOCAR” və ya beynəlxalq “TÜRKAK” loqolu sertifikatlar təqdim olunur. Qapanış toplantısında çıxış edən auditorlar görülən işləri müsbət qiymətləndirib və akkreditasiya müddətinin davamına qərar verilib.

Son xəbərlər

Orphus sistemi