Yuxarı

​SOCAR-ın idarəsində mülki müdafiə məşqi keçirilib

Məşqin keçirilməsində məqsəd fövqəladə hadisələr zamanı işçilərin mühafizəsinin təmin edilməsidir

Bakı. 2 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasında mülki müdafiə orqan və qüvvələrinin idarə olunması” mövzusunda mülki müdafiə məşqi keçirilib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu il üçün mülki müdafiə üzrə tədbirlər planı çərçivəsində keçirilmiş məşqə Fövqəladə Hallar Komissiyası, ilkin qəza-xilasetmə qüvvələri, eləcə də Qaradağ rayon Yanğından mühafizə hissəsinin qüvvələri cəlb edilib.

Məşqin keçirilməsində məqsəd baş verə biləcək istehsalat qəzaları və digər fövqəladə hadisələr zamanı işçilərin mühafizəsinin təmin edilməsi, ilkin qəza-xilasetmə qüvvələrinin hadisənin qarşısının alınması üzrə tədbirlər həyata keçirməsi, eləcə də rəhbərlk tərəfindən idarəetmənin təşkilinin yoxlanılması olub.

Məşqdə fövqəladə hadisələr zamanı işçilərin təhlükəli ərazidən təxliyə edilməsi, xəsarət alanların qəza zonasından çıxarılması və onlara ilkin tibbi yardımın göstərilməsi, eləcə də aidiyyəti bölmələr arasında qarşılıqlı fəaliyyətin yerinə yetirilməsi yüksək səviyyədə təşkil edilib. Tədbirin sonunda aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə tövsiyələr verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi