Yuxarı
    Bağlamaq

    SOCAR-ın idarə və müəssisələrində Heydər Əliyevin xatirəsi yad edilir

    Dərin Özüllər Zavodunun Bakıda tikilməsi dahi liderin uzaqgörən siyasəti və gərgin mübarizəsinin nəticəsində mümkün olub

    Bakı. 12 dekabr. REPORT.AZ/ SOCAR-ın idarə və müəssisələrində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi böyük ehtiramla yad edilir.

    "Report" Dövlət Neft Şirkətinə istinadən xəbər verir ki, artıq 12 ildir ulu öndərin adını daşıyan Bakı Dərin Özüllər Zavodunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 13-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Əvvəlcə BDÖZ-ün və “BOS-Şelf” MMC-nin rəhbərliyi, kollektiv üzvləri ümummilli liderin zavod qarşısında ucalan abidəsini ziyarət edib, önünə tər gül dəstələri qoyub, onun əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. 

    Heydər Əliyev adına BDÖZ-ün direktoru vəzifəsini icra edən Əliağa Səfərov Azərbaycanın dünyada suveren bir dövlət kimi tanınmasında, ölkədə müxtəlif sahələrin uğurlu inkişafında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb. Bildirilib ki, Dərin Özüllər Zavodunun Bakıda tikilməsi dahi liderin uzaqgörən siyasəti və gərgin mübarizəsinin nəticəsində mümkün olub. 

    “BOS-Şelf” MMC-nin baş direktoru İxtiyar Axundov zavodun müasir neft-qaz siyasətinin uğurla həyata keçirilməsi istiqamətində fəaliyyətindən danışıb. 

    Bu gün Bakı Ali Neft Məktəbində ilk dərs Azərbaycan xalqının tarixində həlledici xidməti olan tarixi şəxsiyyət, görkəmli siyasət və dövlət xadimi Heydər Əliyevə həsr olunub. Əvvəlcə ulu öndərin BANM-dəki büstü önünə gül dəstələri qoyularaq, onun xatirəsinə bəslənilən dərin hörmət və ehtiram nümayiş olunub. İlk dərslərdə ulu öndər Heydər Əliyevin yalnız Azərbaycanda deyil, beynəlxalq miqyasda böyük siyasət ustadı olduğu, zəmanəmizin görkəmli dövlət xadimləri arasında xüsusi yer tutan tarixi şəxsiyyət olduğu vurğulanıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi