Yuxarı

​SOCAR-ın İnsan resursları Departamentində seminar-müşavirə keçirilib

Tədbir vakant yerlərin daxili imkanlar hesabına komplektləşdirilməsi qaydalarının tətbiqinə həsr olunub

Bakı. 29 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İnsan resursları Departamentində “Vakant yerlərin daxili imkanlar hesabına komplektləşdirilməsi Qaydaları”nın tətbiqinə dair seminar-müşavirə keçirilib. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Qaydaların tətbiqində məqsəd SOCAR-ın strukturuna daxil olan qurumlarda yaranmış vakansiyaların həmin qurumların imkanları hesabına operativ doldurulması, işçilərin qurum daxilində iş yerlərinin (vəzifələrinin) dəyişdirilməsi və onlara karyera yüksəlişi üçün əlverişli şəraitin yaradılması ilə əlaqədar yaranan münasibətlərin tənzimlənməsindən ibarətdir.

Tədbirdə qaydaların tətbiqi, müəssisələr tərəfindən həyata keçirilən işçilərin başqa işə keçirilməsi prosesinin avtomatlaşdırılması istiqamətində edilmiş dəyişikliklər haqqında məlumat verilib, SOCAR-ın müəssisələri üzrə vakant yerlərin daha effektiv formada komplektləşdirilməsi məqsədi ilə İnsan resursları Departamentinin kadr xidmətləri ilə birgə müvafiq kadr ehtiyacı planının hazırlanması prosesi tədbir iştirakçılarının nəzərinə çatdırılıb. Qaydaların tətbiqi ilə bağlı müxtəlif məsələlər müzakirə olunub və meydana çıxan suallar ətraflı cavablandırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi