Yuxarı

SOCAR-ın İnsan resursları Departamentində növbəti təlim-seminar keçirilib

Tədbir SOCAR-ın müəssisə və təşkilatlarının kadrlar şöbələrinin rəisləri, eləcə də aparıcı mütəxəssisləri üçün təşkil olunub

Bakı. 5 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) İnsan resursları Departamentinin təşkilatçılığı ilə həyata keçirilən “SAP HCM həlləri əsasında İnsan resursları funskiyalarının transformasiya Proqramı” çərçivəsində İR funksiyalarının tam avtomatlaşdırılması nəzərdə tutulur. 

Bu barədə “Report”a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, layihə ilə əlaqədar SOCAR-ın müəssisə və təşkilatlarının kadrlar şöbələrinin rəisləri, eləcə də aparıcı mütəxəssisləri üçün departament tərəfindən növbəti təlim-seminar təşkil olunub. Növbəti il üçün səriştəliklərin inkişaf ehtiyaclarının müəyyən edilməsi məqsədilə tətbiq olunan yeniliklər və dəyişikliklərlə əlaqədar keçirilən seminarda 2017-ci il üzrə SOCAR-ın idarə və müəssisələrinin inkişaf etdirilməsinə ehtiyac olan səriştəliklərin müəyyən edilməsinin forma və üsulları, növbəti ilə dair tələbnamə formasında tətbiq edilən yenilik və dəyişikliklər barəsində məlumat verilib.

Bildirilib ki, yeniliklərdə əsas məqsəd təlim ehtiyaclarının müəyyən edilməsi və təlimlərə cəlb olunan işçilər üçün seminarların məqsədyönlüyünə nail olmaqdır.

Əvvəlki illərdən fərqli olaraq, bu il təlim iştirakçılarına səriştəliklərinin inkişaf etdirilməsinə ehtiyacı olan SOCAR əməkdaşlarının adlı siyahı üzrə müəyyənləşməsi, tələbnamədə qeyd olunan tələbatın əsasları, təlimin prioritetliyi və inkişaf metodları ilə bağlı təlimat qaydaları izah edildiyi deyilir.

Qeyd olunub ki, SOCAR-da kadr siyasətinin uğurla həyata keçirilməsinə dəstək məqsədi ilə bu tip maarifləndirici seminarlar bundan sonra da davam etdiriləcək. 

Sonda iştirakçıların tələbnamə formasına edilmiş dəyişikliklər və təlim ehtiyacının toplanması ilə bağlı sualları cavablandırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi