SOCAR-da müsabiqə qalibləri ilə görüş keçirilib

SOCAR-da müsabiqə qalibləri ilə görüş keçirilib İşə qəbul müsabiqəsinin 36 nəfər qalibi olub
Energetika
3 İyul , 2017 15:20
SOCAR-da müsabiqə qalibləri ilə görüş keçirilib
Socar.az

Bakı. 3 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İnsan Resursları Departamentində test imtahanı və müsahibə (peşə sınaq imtahanı) mərhələsindən uğurla keçərək SOCAR-da işləmək hüququ əldə etmiş 36 nəfər yeni əməkdaşla görüş keçirilib.

“Report” şirkətə istinadən xəbər verir ki, görüş zamanı SOCAR-da işə qəbul müsabiqəsinin şəffaf, sağlam rəqabət mühitində keçdiyi qeyd olunub. Bildirilib ki, müsabiqədə iştirak üçün elektron qaydada müraciət etmiş 1603 nəfərin sənədləri ilkin seçim çərçivəsində nəzərdən keçirilib, onlardan 1 432 nəfər tələblərə uyğun hesab olunub və test imtahanında iştirak etmək hüququ qazanıb. Test imtahanı mərhələsində 1021 nəfər iştirak edib, onlardan 225 nəfəri müvafiq keçid balını toplamaqla müsabiqənin yekun mərhələsinə buraxılıb. Yüksək rəqabət şəraitində keçmiş yekun mərhələdə namizədlərin vakansiyanın tələblərinə uyğun sahə üzrə nəzəri və praktiki bilik, bacarıqları yoxlanılıb, nəticədə 36 nəfər işə qəbul müsabiqəsinin qalibi seçilib, 19 nəfər isə SOCAR-ın Kadr ehtiyatı bazasına daxil edilib.

Xatırladaq ki, SOCAR-da işə qəbul olunmaq istəyən şəxslər şirkətin rəsmi veb-səhifəsində uyğun vakansiyalara müraciət etməklə, hər kəs üçün yaradılmış bərabər şəraitdən və rəqabət mühitindən yararlanaraq müsabiqələrdə iştirak etmək hüququna malikdirlər.

Son xəbərlər

Orphus sistemi