SOCAR-ın İnsan Resursları Departamentində ASAN könüllüləri ilə görüş keçirilib

SOCAR-ın İnsan Resursları Departamentində ASAN könüllüləri ilə görüş keçirilib Ödənişsiz istehsalat təcrübəsi keçən könüllülər gələcəkdə SOCAR-ın vakansiyalarına müraciət edə bilərlər
Energetika
19 Aprel , 2017 15:05
SOCAR-ın İnsan Resursları Departamentində ASAN könüllüləri ilə görüş keçirilib
Socar.az

Bakı. 19 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İnsan Resursları Departamentində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin həyata keçirdiyi “ASAN school” Master-2 layihəsi çərçivəsində SOCAR-da təcrübə keçəcək könüllülərlə görüş keçirilib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, Departamentin rəisi Asif Bəkirli müsabiqə nəticəsində təcrübə keçmək haqqı qazanmış gəncləri təbrik edib və onlara uğurlar arzulayıb. A.Bəkirli vurğulayıb ki, şirkətdə istehsalat təcrübəsi keçmək üçün yaradılan şərait könüllülər üçün bir fürsətdir, təcrübə müddətində qazanılmış bilik, bacarıq və davranış keyfiyyətləri onlara lider kimi formalaşmaqda və karyeralarının inkişaf etdirilməsində faydalı olacaq. Qeyd olunb ki, ödənişsiz istehsalat təcrübəsi keçən könüllülər gələcəkdə SOCAR-ın vakansiyalarına müraciət edə bilərlər. Daha sonra Agentliyin insan resursları və təlim şöbəsinin müdiri Elvin Paşayev və ASAN könüllüləri onlar üçün SOCAR-da yaradılan şəraitə görə şirkət rəhbərliyinə təşəkkürlərini bildiribər.

Qeyd edək ki, SOCAR və ASAN xidmət arasında 2016-cı ilin oktyabrında bağlanmış Sazişə görə mütəmadi olaraq ASAN könüllülərinin şirkətdə istehsalat təcrübəsi keçməsi nəzərdə tutulub. Cari ildə ASAN könüllüləri arasından SOCAR-da təcrübə keçmək üçün müraciət edən 75 nəfərdən 59-u ilkin seçim meyarlarına uyğun gəlib, onlardan 41 nəfəri test imtahanında uğur qazanıb. Müsahibə mərhələsində iştirak edən 38 nəfərdən 28 nəfəri SOCAR-da istehsalat təcrübəsi keçmək hüququ qazanıb.

Son xəbərlər

Orphus sistemi