SOCAR-ın İdarəsində lay sularının qapalı sistemdə utilizasiyası təmin edilib

SOCAR-ın İdarəsində lay sularının qapalı sistemdə utilizasiyası təmin edilib Bu məqsədlə Qala sahəsindəki quyulara 2,5 km uzunluğunda boru xətləri çəkilib
Energetika
1 Dekabr , 2015 15:34
SOCAR-ın İdarəsində lay sularının qapalı sistemdə utilizasiyası təmin edilib

Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycanda ətraf mühitin və ekoloji tarazlığın qorunması ilə bağlı həyata keçirilən genişmiqyaslı dövlət proqramları çərçivəsində Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən təxirəsalınmaz işlər görülür.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, şirkətin mühüm struktur vahidlərindən olan “Azneft” İstehsalat Birliyində də bu sahədə nailiyyətlər qazanılıb.

"İstehsalat sahələrində formalaşan tullantıların idarə olunması, çirklənmiş torpaqların təmizlənməsi, yaşıllıq zolaqlarının salınması, idarə və müəssisələrdə ekoloji maarifləndirmə istiqamətində mütəmadi tədbirlər həyata keçirilir", - şirkətdən qeyd olunub.

Bu günlərdə H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsində neftlə birlikdə hasil olunan lay sularının qapalı sistemdə utilizasiyası təmin edilib. Bu məqsədlə Qala sahəsindəki quyulara 2 500 metr uzunluğunda boru xətləri çəkilib, nasosxana tikilib, İdarə bütün lazımi avadanlıq, mal-materialla təmin edilib.

Hazırda orta hesabla gündə 1 550-1 600 kubmetr həcmində lay suyu vurulmaqla NQÇİ-nin Qala sahəsindəki lay sularının qapalı sistemdə tam utilizasiyası həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi