SOCAR-ın İdarəsində “Azərbaycanda multikultiralizm” mövzusunda görüş keçirilib

SOCAR-ın İdarəsində “Azərbaycanda multikultiralizm” mövzusunda görüş keçirilib Azərbaycanda son dövrlər multikultiralizm sahəsində görülən işlərdən danışılıb
Energetika
8 Noyabr , 2016 18:34
SOCAR-ın İdarəsində “Azərbaycanda multikultiralizm” mövzusunda görüş keçirilib

Bakı. 8 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində bu gün Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin nümayəndələri tərəfindən “Azərbaycanda multikultiralizm” mövzusunda görüş-seminar keçirilib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, TTSİ-nin rəisi Fuad Süleymanov seminarın gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərin, Azərbaycanda mövcud tolerant mühitin qorunması və təbliği, dini radikalizm meyllərinin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. 

F.Süleymanov Azərbaycanda müxtəlif millətlərə, dinlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması və inkişafı, milli mədəniyyətə inteqrasiyası haqqında məlumat verib.

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin dinşünaslıq ekspertizası şöbəsinin rəisi Nahid Məmmədov və şöbənin baş məsləhətçisi Mahir Qəniyev Azərbaycanda son dövrlər multikultiralizm sahəsində görülən işlərin ictimai əhəmiyyətindən, ölkədə dini tolerantlıq və azadlığın inkişafından, dini radikalizmin dünyada dağıdıcı rolundan danışıblar. 

Son xəbərlər

Orphus sistemi