SOCAR-ın İdarəsi Böyük Britaniya İnstitutunun lisenziyasını qazanıb

SOCAR-ın İdarəsi Böyük Britaniya İnstitutunun lisenziyasını qazanıb İdarənin iki əməkdaşı da İOSH-un sertifikatlarına layiq görülüb
Energetika
24 Avqust , 2016 18:08
SOCAR-ın İdarəsi Böyük Britaniya İnstitutunun lisenziyasını qazanıb

Bakı. 24 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi Böyük Britaniyanın Əməyin Təhlükəsizliyi və Sağlamlıq İnstitutunun (İOSH) “Təhlükəsiz idarəetmə” üzrə təlim lisenziyasını qazanıb. Bu barədə “Report” SOCAR-a istinadən xəbər verir.

“İdarənin müəssisələrində əməyin mühafizəsi və təhlükəsizlik texnikası sahəsində görülən işlərin beynəlxalq standartlar səviyyəsində aparılması məqsədilə, dünyada nüfuzlu beynəlxalq təşkilat hesab olunan İOSH-a üzvlük istiqamətində işlər davam etdirilib və nəticə etibarilə, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi Britaniya İnstitutunun “Təhlükəsiz idarəetmə” üzrə təlim lisenziyasını qazanıb. İdarənin 2 nəfər əməkdaşı da İOSH-un “Təhlükəsiz İdarəetmə” (Managing Safely) təlim kursunda dinləyici qismində iştirak edib və sertifikatlara layiq görülüb. Bundan sonra TTSİ tərəfindən SOCAR-ın müəssiələrində əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə məsul olan mütəxəssislərin İOSH beynəlxalq standartı üzrə sertifikatlaşdırılması həyata keçiriləcək. Bu isə oz növbəsində iş yerlərində risklərin azaldlılmasına, işlərin təhlükəsiz idarə edilməsinə, qəza araşdırmalarının həyata keçirilməsinə, iş şəraitində təhlükələrin müəyyən edilməsinə və düzəlişlərin həyata keçirilməsinə şərait yaradacaq", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, İdarə OHSAS:18001 “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi”, İSO:9001 “Keyfiyyət idarəetmə sistemi”, İSO:14001 “Ekologiya idarəetmə sistemi», İSO/IEC:17024 ''Personalın sertifikatlaşdırılmasını həyata keçirən müəssisələr üçün ümumi kriteriyalar'', İSO/IEC:17025 “Sınaq və kalibrasiya laboratoriyalarının bacarıqlılığı üçün ümumi şərtlər'' və Beynəlxalq Standartlaşdırma Təşkilatının İSO:29990:2010 - "Qeyri-formal təhsil və təlimlər üzrə öyrənmə xidmətləri - Xidmət göstərənlərə dair ilkin tələblər” beynəlxalq standartları üzrə də akrreditə olunub.

Son xəbərlər

Orphus sistemi