Azərbaycan Dövlət Neft Şirkətinin (
“Report”un SOCAR-a istinadən verdiyi məlumata görə, görüşdə əsasən
Modernizasiyanın bu hissəsi üzrə ilkin iş həcminin artıq 63%-i yekunlaşıb. Bildirilib ki, şirkətin layihəyə çevik inteqrasiya olunması daha əvvəl Azərbaycanda “SOCAR Polymer” layihəsində iştirakından irəli gəlir. Hazırda “Maire Tecnimont”un Azərbaycan ofisində işləyənlərin əhəmiyyətli hissəsi yerli mütəxəssislərdir.
Qeyd olunub ki, SOCAR rəhbərliyi, Heydər Əliyev adına Neft Emalı Zavodunun moderinizasiyasının ölkə üçün xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, bu layihənin icrasına nəzarəti birbaşa öz üzərinə götürüb. Yeni yaradılmış “SOCAR Daunstrim” şirkəti layihənin sürətlə və yüksək səmərə ilə icra edilməsinə və optimallaşdırlmasına nəzarəti həyata keçirir, koordinasiyanın mərkəzləşdirilməsini təmin edir. Türkiyədə STAR Neft Emalı Zavodu layihəsində qazanılmış uğurlu təcrübədən yararlanmaq üçün həmin layihədə iştirak etmiş mütəxəssislər Azərbaycana gətirilərək, “SOCAR Daunstrim” şirkətinə cəlb olunub və artıq Heydər Əliyev adına NEZ-in modernizasiyasında podratçı şirkətlərin mütəxəssisləri ilə birlikdə çalışırlar:
"Azərbaycanda və regionda yeganə neft emalı müəssisəsi olan Heydər Əliyev adına NEZ ölkənin enerji təhlükəsizliyinin əsas təminatçılarındandır. Buna görə də moderinizasiya dövründə zavodun fəaliyyəti dayandırılmır, yenidənqurma işləri tam gücü ilə işləyən zavodda istehsalat prosesləri ilə yanaşı həyata keçirilir. Odur ki, zavodun modernizasiyası mürəkkəb layihələrdən hesab olunur".
SOCAR-ın prezidenti R. Abdullayev vurğulayıb ki, Heydər Əliyev adına Neft Emalı Zavodunun moderinizasiyası müəyyən edilmiş xərclər daxilində, dövlət vəsaitlərindən maksimum səmərəli istifadə olunmaqla həyata keçirilməlidir. Layihənin müəyyən olunmuş müddətdə tamamlanması əsas şərtlərdən biri kimi vurğulanıb.
Görüşdə, həmçinin başa çatmış “SOCAR Polymer” layihəsi çərçivəsində Yüksək Sıxlıqlı Polietilen zavodunun bəzi qurğularında keçirilən sonuncu planlı sınaq işlərinin gedişi də müzakirə edilib. Bildirilib ki, sınaq işləri SOCAR və “Maire Tecnimont” mütəxəssisləri tərəfindən yaxın bir həftə ərzində həyata keçiriləcək.