​SOCAR-ın əməkdaşı gənc alimlərin beynəlxalq konfransında iştirak edib

​SOCAR-ın əməkdaşı gənc alimlərin beynəlxalq konfransında iştirak edib Tədris planı, yataqların işlənməsi üzrə operativ idarə etmə sistemi, təhsil sistemi və s. ilə tanış olublar
Energetika
24 Aprel , 2015 18:41
​SOCAR-ın əməkdaşı gənc alimlərin beynəlxalq konfransında iştirak edib

Bakı. 24 aprel. REPORT.AZ/ SOCAR-ın Neft və qaz yataqlarının işlənməsi şöbəsinin böyük geoloqu, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun doktorantı Elvin Əhmədov İ.M.Qubkin adına Rusiya Dövlət Neft-qaz Universitetində keçirilmiş gənc alimlərin 69-cu "Neft və qaz-2015” Beynəlxalq Elmi-təcrübi konfransında iştirak edib və “Neft ehtiyatlarının hesablanmasında qeyri-müəyyənliklər və geoloji risklər” mövzusunda məruzə ilə çıxış edib.

SOCAR-ın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, konfransda müxtəlif dövlətlərdən olan gənc alim və mütəxəssislər elmi-təcrübi müzakirələr aparmış, sənayenin yenililkəri ilə tanış olublar. Məruzələrdən sonra konfrans iştirakçıları universitetin qabaqçıl texnologiyaları, qazma kafedrasında yaradılmış laboratoriyalar, tədris planı, yataqların işlənməsi üzrə operativ idarə etmə sistemi, təhsil sistemi və s. ilə tanış olublar.

Son xəbərlər

Orphus sistemi