SOCAR-ın Ekologiya İdarəsinin laboratoriyası qarşılaşdırma testlərində iştirak edir

SOCAR-ın Ekologiya İdarəsinin laboratoriyası qarşılaşdırma testlərində iştirak edir Qurum İngiltərədə təşkil edilmiş mikrobioloji laboratoriyalararası qarşılaşdırma testlərində yüksək nəticələr qazanıb
Energetika
12 Yanvar , 2016 15:20
SOCAR-ın Ekologiya İdarəsinin laboratoriyası qarşılaşdırma testlərində iştirak edir

Bakı. 12 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ekologiya İdarəsinin Kompleks Tədqiqatlar Laboratoriyası (KTL) akkreditasiya sahəsini genişləndirərək ISO:17025 beynəlxalq standartının bütün tələblərinə uyğun fəaliyyət göstərir.

"Report" xəbər verir ki, bu barədə SOCAR-ın mətbuat xidmətindən qeyd olunub.

"Türkiyə Akkreditasiya Təşkilatının (TURKAK) tələbi ilə KTL bir sıra dünyamiqyaslı şirkətlərin (FAPAS, WEPAL, STYLAB və s.) təşkil etdiyi laboratoriyalararası qarşılaşdırma testlərində iştirak edir. Ötən il KTL İngiltərənin FAPAS şirkəti tərəfindən təşkil edilmiş mikrobioloji (Colony count TVC at 22 °C and 37 °C, Escherichia Coli and Total Coliforms) və suyun fiziki-kimyəvi analizləri üzrə laboratoriyalararası qarşılaşdırma testlərində iştirak edib və yüksək nəticələr qazanıb. Nəticədə 20-dən artıq beynəlxalq laboratoriyanın iştirak etdiyi sınaq analizlərinin nəticələrinə görə KTL ilk sıralarda qərarlaşıb. Əldə olunan nəticələr TURKAK-a təqdim edilib və bu, yüksək qiymətləndirilib", - deyə SOCAR-dan bildirilib.                        

Son xəbərlər

Orphus sistemi