Yuxarı
    Bağlamaq

    SOCAR-ın dənizdə çalışan əməkdaşları üçün təlimlərə başlanıb - VİDEO

    Təlimləri uğurla başa vurmuş iştirakçılar beynəlxalq sertifikata layiq görüləcəklər

    Bakı. 1 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təlim-Tədris və Sertifikatlaşdırma İdarəsinin nəzdində fəaliyyət göstərən Hovuz Təlim Kompleksində dənizdə çalışan işçilər üçün aktiv təhlükəsizlik təlimlərinə start verilib.

    “Report” SOCAR-a istinadən xəbər verir ki, beynəlxalq sferada “BOSIET” adlanan bu təlimlərdə şirkətin əməkdaşlarına dənizdə baş verə biləcək fövqəladə hallar zamanı təhlükəsizlik qaydaları aşılanır. 

    ”Daimi dənizdə çalışan, həmçinin dənizə ezam olunan hər bir SOCAR əməkdaşı bu kurslarda iştirak edəcək. Təlimlər nəzəri və təcrübi olmaqla iki hissədə keçirilir. Təlimləri uğurla başa vurmuş iştirakçılar beynəlxalq sertifikata layiq görüləcəklər”, - deyə şirkətdən bildirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi