SOCAR-ın Daxili Təqaüd Proqramına sənəd qəbulu başlanıb

SOCAR-ın Daxili Təqaüd Proqramına sənəd qəbulu başlanıb Qeydiyyat üçün son tarix martın 7-sidir
Energetika
21 Fevral , 2017 10:53
SOCAR-ın Daxili Təqaüd Proqramına sənəd qəbulu başlanıb

Bakı. 21 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Daxili Təqaüd Proqramına sənəd qəbulu başlanıb.

“Report” şirkətə istinadən xəbər verir ki, qeydiyyat üçün son tarix martın 7-sidir.

Müsabiqə 2016-2017-ci tədris ili üzrə Bakı Ali Neft Məktəbi istisna olmaqla, Azərbaycan ali təhsil müəssisələrinin bakalavr pilləsinin əyani şöbəsinin II, III və IV kurslarında, magistratura pilləsinin isə əyani və ya qiyabi şöbələrinin müvafiq ixtisaslarında təhsil alan tələbələri arasında keçirilir. 

Son xəbərlər

Orphus sistemi