SOCAR-ın CNG stansiyaları şəbəkəsi 2017-ci ilədək ​Bakını tam əhatə edəcək

SOCAR-ın CNG stansiyaları şəbəkəsi 2017-ci ilədək ​Bakını tam əhatə edəcək Rövnəq Abdullayev: "Qəbul aktı olan hündürmərtəbəli yaşayış binalarını 1 həftəyə qazlaşdırırıq"
Energetika
1 May , 2015 12:56
SOCAR-ın CNG stansiyaları şəbəkəsi 2017-ci ilədək ​Bakını tam əhatə edəcək

Bakı. 1 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi (İB) hündürmərtəbəli yaşayış binalarının qazla təminatı ilə bağlı işləri bir həftə ərzində həyata keçirir. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında SOCAR prezidenti Rövnəq Abdullayev deyib: "Əgər hündürmərtəbəli binanın Dövlət Qəbul Komissiyasından aktı varsa, biz həmin gündən 1 həftə ərzində binanı qazlaşdırırıq". 

"Bu sahədə çox şəffaf sistem qurmuşuq. Əgər hansısa binanın qazlaşdırılmaması ilə bağlı bir fakt varsa, deyin, biz tədbir görək. Lakin Dövlət Komissiyasından aktı olmayan binaya zəmanət vermirik", - deyə R.Abdullayev vurğulayıb.

SOCAR prezidenti, həmçinin ölkə ərazisində CNG stansiyalarının (sıxılmış qaz) tikintisi ilə bağlı məsələyə də aydınlıq gətirib: "Dünyada CNG stansiyalarının sayının artması müşahidə edilir. Gürcüstanda da CNG stansiyaları tikib istifadəyə vermişik və gözəl nəticələr əldə etmişik. Biz proqram hazırlamışıq və bu işi "SOCAR Petroleum" həyata keçirir. İlk qazdoldurma məntəqəsini "BakuBus" şirkətinin avtobus parkının yanında inşa etmişik. Bu yaxınlarda açılışını edəcəyik. Bütün avtobuslar qazla işləyəcək. Analoji bir stansiyanı Zabrat qəsəbəsində tikirik. Çalışırıq ki, 1-1,5 ilə Bakının bütün ərazisini qaz stansiyaları ilə əhatə edək. Sonra bütün yollarda, hər 180 km arasında bunu quraşdıracayıq. Gələcəkdə yanacaq bazarının 30-35%-i məhz qazın payına düşəcək. Bu həm ekoloji təhlükəsizlik cəhətindən, həm də qiymət baxımından daha sərfəlidir".

Son xəbərlər

Orphus sistemi