Yuxarı

SOCAR-ın aktivləri 40 mlrd. manata çatıb

Şirkət xarici valyutada olan aktivlərin məzənnə fərqində 3,3 mlrd. manat qazanıb

Bakı. 2 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) konsolidə olunmuş aktivlərinin həcmi cari ilin əvvəlinə 39,083 mlrd.manat təşkil edir. 

"Report" xəbər verir ki, bunu SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov Bakıda keçirilən XXIII Beynəlxalq Xəzər neft-qaz konfransında çıxışında bildirib. 

S.Qasımov qeyd edib ki, bu ilin yanvarın 1-nə şirkətin maliyyə göstəricilərində 1,438 mlrd. manat zərər yaransa da, xarici valyutada olan aktivlərin müsbət məzənnə fərqində 3,271 mlrd. manatlıq gəlir əldə edilib.

"2015-ci ildə dünya bazarında neft, neft məhsullarının qiymətinin aşağı düşməsinə baxmayaraq, ümumilikdə gəlirlə ili başa vurduq. 2014-cü ildən başlayaraq neftin qiymətinin iki dəfədən çox aşağı düşdüyü, beynəlxaq maliyyə agentlikləri və investisiya banklarının 2018-ci ilədək qiymətlərdə sürətli artım gözlənilmədiyi ilə bağlı proqnozlar verdiyi şəraitdə SOCAR icrasına başladığı bütün daxili və ölkədən kənar layihələrin reallaşdırılmasını davam etdirir", - deyə Şirkət rəsmisi əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi