Bakı. 24 dekabr. REPORT.AZ/ Bu gün “Bulla-dəniz” yatağında Azərbaycan Dövlət Neft Şirkətinin (
“Report”un SOCAR-a istinadən verdiyi məlumata görə, istismaravermə SOCAR-ın prezidenti
İnşasına 2017-ci ildə şirkətin daxili imkanları ilə başlanılmış özül “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən layihələndirilib, tikinti işləri “Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilib. 1 ədəd axtarış və 4 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül dənizin 30 metr dərinliyində quraşdırılıb. Dəniz səviyyəsindən özülün döşəməsinədək olan məsafə isə 12 metrdir.
Özüldə qazılacaq quyuların orta dərinliyi 6300 metr təşkil edəcək. Bu dərinlikdə qazma işləri yüksək təzyiq şəraitində həyata keçirilir və texnoloji cəhətdən mürəkkəb layihə hesab olunur. Yüksək texnoloji standartların tətbiq olunması nəticəsində SOCAR artıq analoji quyularda uğurlu nəticələr əldə etmiş və mövcud təcrübədən burada da istifadə edəcəkdir. Özüldən qazılacaq quyular üzrə ümumilikdə gündəlik 2,5 mln. kubmetr qaz, 500 ton kondensat hasil ediləcəyi nəzərdə tutulur. Qazma işlərini yerinə yetirmək üçün müasir standartlara cavab verən, qazma qülləsinin hündürlüyü 46,6 metr olan “ZJ -70DBS” qurğusu quraşdırılmışdır. Bu qurğu vasitəsi ilə rotor səviyyəsindən 7000 metrə kimi dərinliyə qazmaq mümkündür. Özüldə qazma işləri ilə istismarın eyni zamanda aparılması nəzərdə tutulub. İstismar işləri “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİ tərəfindən həyata keçiriləcək.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, Azərbaycan Prezidenti
SOCAR-ın birinci vitse-prezidenti
Qeyd edək ki, yeni özüldə ətraf mühitin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə üzrə qabaqlayıcı tədbirlər ən yüksək norma və tələblər səviyyəsində yerinə yetirilib. İstehsalat sahəsi 4, yaşayış hissəsi isə 1 dayaq blokundan ibarətdir. Özüldə 1 ədəd vertolyot, 4 ədəd gəmi yanalma və 4 ədəd minib-düşmə meydançası, işçi personalının rahat və təhlükəsiz yaşaması üçün 36 nəfərlik yaşayış bloku quraşdırılıb.
“Bulla-dəniz” yatağı Bakı arxipelaqının şimal hissəsində, Səngəçal-dəniz-Duvannı-dəniz-Xərə Zirə adası yatağından cənub-şərqdə 10 km məsafədə yerləşir. Struktur 1957-ci ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilib və dərin kəşfiyyat qazmasına 1965-ci ildə başlanıb. Lakin mürəkkəb geoloji şəraitlə əlaqədar ilk 17 quyu qazılıb başa çatdırılmayıb. Yatağın neftlilik-qazlılığı 1973-cü ildə qazılmış 18 saylı quyu vasitəsilə aşkar edilib.