SOCAR-ın təlim mərkəzlərində yekun sınaq imtahanları keçirilib

SOCAR-ın təlim mərkəzlərində yekun sınaq imtahanları keçirilib İmtahanda 35 nəfər iştirak edib
Energetika
8 Aprel , 2016 12:55
SOCAR-ın təlim mərkəzlərində yekun sınaq imtahanları keçirilib

Bakı. 8 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr Hazırlığının Təşkili Mərkəzində və “Qobustan” Regional Təlim Mərkəzində 4 ixtisas üzrə yekun buraxılış imtahanları keçirilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, TTSİ, İnsan Resursları Departamenti və müəssisələrdən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə keçirilən imtahan zamanı sənaye müəssisələri üçün mühüm peşələrdən olan 4 qrup üzrə texniki peşə təhsili almış 35 nəfər gənc imtahan komissiyası qarşısında bilik və bacarıqlarını nümayiş etdiriblər.

Sınaq imtahanından əvvəl TTSİ-nin rəisi Fuad Süleymanov imtahanların obyektiv keçirilməsi üçün hər bir şəraitin yaradıldığını diqqətə çatdırıb, gənclərə uğurlar arzulayıb. İmtahanda iştirak edən məzunlar tədris proqramlarının 30%-ni təşkil etmiş nəzəri və 70%-ni təşkil etmiş təcrübi hissə üzrə yüksək nəticələr göstərib, istehsalata vəsiqə qazanıblar.

Qeyd edək ki, ötən il test üsulu ilə keçirilmiş qəbul imtahanlarında uğur qazanmış 19 nəfər 2015-ci il sentyabrın 15-dən KHTM-də “Qaz paylayıcı stansiyanın operatoru” və “Plastmass qaynaqçı”, 16 nəfər isə QRTM-də “Akkumlyatorçu” və “Takelajçı” ixtisasları üzrə 10 ay müddətinə nəzəri və praktiki dərslərə cəlb olunub. 

Son xəbərlər

Orphus sistemi