SOCAR ilin sonunadək Ukraynada daha iki yeni yanacaqdoldurma məntəqəsi açmağı planlaşdırır

SOCAR ilin sonunadək Ukraynada daha iki yeni yanacaqdoldurma məntəqəsi açmağı planlaşdırır Şirkətin planlarında Moldovanın neft məhsullarının topdansatış bazarına çıxmaqdır
Energetika
28 İyul , 2017 10:04
SOCAR ilin sonunadək Ukraynada daha iki yeni yanacaqdoldurma məntəqəsi açmağı planlaşdırır

Kiyev. 28 iyul. REPORT.AZ / "SOCAR Ukraine" Ticarət Evi 2017-ci ilin sonunadək Ukraynada daha iki yeni yanacaqdoldurma məntəqəsi açmağı planlaşdırır. Bu barədə "Report"un Ukrayna bürosuna şirkətin mətbuat xidmətindən məlumat verilib.

"YDM-in harada və hansı konseptdə olacağı barədə hələlik məlumat verə bilmərik. Lakin əmin edə bilərik ki, həm fəaliyyətdə olan, həm də yeni stansiyalarda biz keyfiyyətli yanacaq təklif edirik, qonaqlarımızı rahat səyahətləri üçün qüsursuz xidmət və əlavə xidmətlərlə təmin edirik", - deyə şirkətdən bildiriblər.

Qeyd edək ki, bu gün "SOCAR Ukraine" şəbəkəsi 60 YDM komplekslərini əhatə edir.

Xatırladaq ki, fevralda SOCAR Kiyevdə Protasov Yar, 13А küçəsində yeni stansiyasını açıb. Stansiya yeni üslubda tikilib.

Yanacaqdoldurma məntəqəsində pulsuz şinlərin doldurulması xidməti, avtoyuma, Wi-Fi, mobil telefonların enerji yüklənməsi, biznes-guşə, həmçinin geniş çeşidli BUTA market təklif edilir.

"SOCAR Ukraine" şirkətindən həmçinin bildirilib ki, şirkətin planlarında Moldovanın neft məhsullarının topdansatış bazarına çıxmaqdır.

Son xəbərlər

Orphus sistemi