SOCAR iki estakadayanı meydançanı əsaslı təmir edib

SOCAR iki estakadayanı meydançanı əsaslı təmir edib Meydançalar “Azneft” İstehsalat Birliyinin sifarişi ilə təmir olunub
Energetika
13 Noyabr , 2015 16:55
SOCAR iki estakadayanı meydançanı əsaslı təmir edib

Bakı. 13 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin tədbirlər planına uyğun olaraq, 290 və 350 saylı estakadayanı meydançalarda əsaslı təmir işləri vaxtında və keyfiyyətlə başa çatdırılıb.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, “Azneft” İB-nin sifarişi ilə “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında təmir olunmuş meydançaların baş podratçısı “Neftqaztikinti” Trestidir.

Dənizin 14,5 metr dərinliyində yerləşən 290 saylı estakadayanı meydançada həyata keçirilən işlər çərçivəsində 52 ədəd möhkəmləndirici svay vurulub, 6 ədəd metal lövhə quraşdırılıb. Ümumilikdə, 1 975 kv. metr sahəni əhatə edən meydançanın 1 150 kv. metrlik hissəsi əsaslı təmir edilib.

350 saylı estakadayanı meydança isə dənizin 16,8 metr dərinliyində yerləşir. Təmir zamanı 31 ədəd möhkəmləndirici svay vurulub və 4 ədəd metal lövhə quraşdırılıb, 1 850 kv. metr sahəni əhatə edən meydançanın 800 kv. metrlik hissəsi əsaslı təmir edilib.

Qeyd edək ki, estakadayanı meydançalar Dövlət Qəbulu Komissiyası tərəfindən istismara qəbul edilib.



Son xəbərlər

Orphus sistemi