Bakı. 30 mart. REPORT.AZ/ Bu ilin yanvar-fevral aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 1,252 mln. ton xam neft hasil edib.
"Report" SOCAR-a istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövründən 7,5% azdır
Bu ilin iki ayında SOCAR-ın hasil etdiyi neftin 605 min tonu fevral ayının payına düşüb. Şirkətin bu ilin fevralında hasil etdiyi neft ötən ilin fevral ayından 5,7% az olub.
Qeyd edək ki, bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan üzrə ümumilikdə 6 857,5 min ton xam neft hasil olunub.