SOCAR İsveçrədə tərəfdaşları ilə birgə elektrikli avtomobillər üçün yükləmə stansiyası istifadəyə verib

SOCAR İsveçrədə tərəfdaşları ilə birgə elektrikli avtomobillər üçün yükləmə stansiyası istifadəyə verib Xidmət mərkəzi avtomobillərin sıx olduğu şosse üzərində yerləşir
Energetika
24 Oktyabr , 2017 15:34
SOCAR İsveçrədə tərəfdaşları ilə birgə elektrikli avtomobillər üçün yükləmə stansiyası istifadəyə verib

Bakı. 24 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İsveçrədəki törəməsi “Socar Energy Switzerland”, eləcə də “Groupe E” şirkəti tərəfdaşları “Autogrill” şirkəti ilə birgə İsveçrənin Bern əyalətində elektrikli avtomobillər üçün ən böyük sürətli enerji yükləyən stansiyanı istifadəyə verib.

“Report” "Bieler Tagblatt" saytına istinadən xəbər verir ki, Piterlendəki xidmət mərkəzi avtomobillərin sıx olduğu şosse üzərində yerləşir.

Odur ki, bu ərazidə sürətli yükləmə stansiyasının yerləşməsi xüsusi önəm daşıyır.

Ötən gün baş tutmuş açılış mərasimi zamanı dəvət olunan qonaqlar da ərazidə müxtəlif markalı elektrik avtomobillərini test ediblər. 

Qeyd edək ki, ən son nəsil elektrik yükləmə stansiyasında qurğuların hər biri 50 KVt gücə malikdir və iki nəqliyyat vasitəsinin eyni anda yükləməsinə imkan verir.

Son xəbərlər

Orphus sistemi