SOCAR I rübdə büdcəyə 325 mln. manat ödəyib

SOCAR I rübdə büdcəyə 325 mln. manat ödəyib Şirkətin Dövlət Sosial Müdafiə Fonduna ödənişi 32 mln. manat olub
Energetika
11 Aprel , 2016 10:24
SOCAR I rübdə büdcəyə 325 mln. manat ödəyib

Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2016-cı ilin yanvar-mart aylarında dövlət büdcəsinə 325,130 mln. manat vəsait ödəyib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, bu məbləğin 109,248 mln. manatı mart ayının payına düşüb.

Bundan əlavə, cari ilin mart ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 10,920 mln. manat vəsait köçürüb. 2016-cı ilin yanvar-mart aylarında isə şirkət tərəfindən DSMF-yə ödəniş 31,970 mln. manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi