SOCAR I rübdə büdcə ödənişini 22% artırıb

SOCAR I rübdə büdcə ödənişini 22% artırıb Bu ilin ilk rübündə büdcəyə 397 mln. manat vəsait ödənilib
Energetika
7 Aprel , 2017 11:13
SOCAR I rübdə büdcə ödənişini 22% artırıb
Courtesy İmage

Bakı. 7 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən bu ilin mart ayında dövlət büdcəsinə 133,985 mln. manat vəsait ödənilib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, bu göstərici 2016-cı ilin mart ayı ilə müqayisədə 24,737 mln. manat və ya 22,6% çoxdur. Ümumiyyətlə, cari ilin yanvar-mart aylarında büdcəyə 396,643 mln. manat vəsait ödənilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 71,513 mln. manat və ya 22% çoxdur.

Bundan əlavə, 2017-ci ilin mart ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 11,105 mln. manat vəsait köçürüb. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 185 min manat və ya 1,7% çoxdur. Cari ilin yanvar-mart aylarında SOCAR tərəfindən DSMF-yə ödəniş 36,268 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin yanvar-mart ayları ilə müqayisədə 4,298 mln. manat və ya 13,4% çoxdur.

Son xəbərlər

Orphus sistemi