SOCAR I rübdə 1,9 mln. ton neft hasil edib

SOCAR I rübdə 1,9 mln. ton neft hasil edib Mart ayında şirkətə məxsus yataqlardan 646 min ton neft hasil olunub
Energetika
19 Aprel , 2016 12:21
SOCAR I rübdə 1,9 mln. ton neft hasil edib

Bakı. 19 aprel. REPORT.AZ/ Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 1 898,2 min ton xam neft hasil edib. "Report" SOCAR-a istinadən xəbər verir ki, bu göstərici ötən ilin I rübündən 8,4% azdır.

Hesabat dövründə SOCAR-ın hasil etdiyi xam neftin 646,2 min tonu mart ayının payına düşüb ki, bu da ötən ilin mart ayından 10% azdır.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan üzrə ümumi neft hasilatı 10 507, 2 min ton təşkil edib.

Son xəbərlər

Orphus sistemi