SOCAR I rübdə 1,5 mlrd. kubmetr qaz hasil edib

SOCAR I rübdə 1,5 mlrd. kubmetr qaz hasil edib Bu göstərici ötən ilin yanvar-mart aylarından 4,5% azdır
Energetika
19 Aprel , 2016 12:46
SOCAR I rübdə 1,5 mlrd. kubmetr qaz hasil edib

Bakı. 19 aprel. REPORT.AZ/ Bu ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 1 595,3 mln. kubmetr qaz hasil edib. "Report" SOCAR-a istinadən xəbər verir ki, bu göstərici ötən ilin yanvar-mart aylarından 4,5% azdır.

Hesabat dövründə SOCAR-ın hasil etdiyi qazın 547,8 mln. kubmetri mart ayının payına düşüb. Bu ayda hasil olunan təbii qazın həcmi ötən ilin mart göstəricisindən 5,6% az olub.

Qeyd edək ki, bu ilin I rübündə Azərbaycan üzrə ümumilikdə 7,471 mlrd. kubmetr qaz hasil olunub.