Yuxarı

​SOCAR İranla marketinq sahəsində də əməkdaşlıq edə bilər

SOCAR İranla əməkdaşlığı yüksək qiymətləndirir

Bakı. 4 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İranla əməkdaşlığın hazırkı vəziyyətini yüksək qiymətləndirir.

"Report" xəbər verir ki, bunu SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov Bakıda keçirilən Neft-qaz Mühəndisləri Cəmiyyətinin II Xəzər texniki konfrans-sərgisində bildirib.

O qeyd edib ki, SOCAR bu ölkə ilə əməkdaşlıqda maraqlıdır: "Bu əməkdaşlığa həm də marketinq sahəsində əməkdaşlıq da daxil edilə bilər".

"Bu ölkə ilə əməkdaşlığımıza heç bir əngəl yoxdur", - V.Bəylərbəyov deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi