SOCAR: Hazırda şirkətin müəssisələrinin iş rejimi normal vəziyyətdə davam edir

SOCAR: Hazırda şirkətin müəssisələrinin iş rejimi normal vəziyyətdə davam edir Bakı. 3 iyul. REPORT.AZ/ Hazırda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) müəssisələrinin iş rejimi normal vəziyyətdə davam edir.
Energetika
3 İyul , 2018 16:11
SOCAR: Hazırda şirkətin müəssisələrinin iş rejimi normal vəziyyətdə davam edir
report
0 : 00
0 : 00

Bakı. 3 iyul. REPORT.AZ/ Hazırda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) müəssisələrinin iş rejimi normal vəziyyətdə davam edir.

Bu barədə “Report”a SOCAR-dan bildirilib.

“Respublikanın energetika sistemində baş vermiş qəza ilə əlaqədar olaraq, SOCAR-ın quru mədənlərində iş rejimi müvəqqəti olaraq pozulub. Elektrik enerjisinin kəsilməsi nəticəsində Qaz İxrac İdarəsinin Kompressor stansiyalarında, Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ), “Azərikimya” İB-nin müəssisələrində, Qaz Emalı Zavodunda fəaliyyət qəza rejimində dayandırılıb. Səhərə yaxın elektrik enerjisinin təchizatı bərpa olunduqdan sonra Qaz Anbarları, Qaz İxrac İdarəsinin Kompressor stansiyaları, NEZ və “Azərikimya” İB-nin müəssisələrinin bütün qurğuları tədricən işə salınıb”, - məlumatda qeyd olunub. 

Xatırladaq ki, iyulun 3-də gecə saatlarında Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində cərəyan transformatorunda qəza baş verib. Bununla əlaqədar Bakı və Gəncə şəhərləri də daxil olmaqla respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranıb.

Prezident İlham Əliyev baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. 

Son xəbərlər

Orphus sistemi