SOCAR: Hava şəraiti ilə əlaqədar təhlükəli işlər məhdudlaşdırılıb

SOCAR: Hava şəraiti ilə əlaqədar təhlükəli işlər məhdudlaşdırılıb Şirkət əvvəlcədən yerlərdə bütün zəruri təhlükəsizlik tədbirləri görüb
Energetika
22 Aprel , 2016 09:05
SOCAR: Hava şəraiti ilə əlaqədar təhlükəli işlər məhdudlaşdırılıb

Bakı. 22 aprel. REPORT.AZ/ Bakı şəhəri və Abşeron yarımadasında hazırda müşahidə olunan güclü küləklə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dənizdəki yataqlarda işləyən işçilərinə həmişə olduğu kimi əvvəlcədən meteoxəbərdarlıq olunub.

Bunu "Report"a SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib. 

N.Quliyev bildirib ki, hava şəraiti ilə əlaqədar əvvəlcədən yerlərdə bütün zəruri təhlükəsizlik tədbirləri görülüb, təhlükəli işlər məhdudlaşdırılıb və hazırda hər şey normaldır.

Son xəbərlər

Orphus sistemi