SOCAR "Günəşli" yatağında dəniz özülünün əsaslı təmirinə başlayıb

SOCAR "Günəşli" yatağında dəniz özülünün əsaslı təmirinə başlayıb Təmir işlərini ilin sonunda tamamlanması planlaşdırılır
Energetika
25 Avqust , 2014 08:49
SOCAR Günəşli yatağında dəniz özülünün əsaslı təmirinə başlayıb

Bakı. 25 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Günəşli" yatağının dayazsulu hissəsində 11 saylı dəniz özülünün əsaslı təmirinə başlayıb.

SOCAR-ın məlumatında deyilir ki, 11 saylı dəniz özülü 1986-cı ildən istismar olunur. Aparılan təmir işlərinin məqsədi həmin obyektin istismar müddətinin artırılmasından ibarətdir. 

Hazırda  özüldə 67 suüstü kommunikasiya konstruksiyaları, 1 149 kv. metr döşəmə, 140 tir örtüləri dəyişdirilib. Həmçinin, 1 141 suüstü kommunikasiya konstruksiyaları, 5 513 kv. metr döşəmə və 250  tir örtülərinin dəyişdirilməsi nəzərdə tutulur. 

İşləri SOCAR şirkətinin "Neftqaztikinti" Tresti həyata keçirir. Əsaslı təmir işlərinin 2014-cü ilin dekabr ayında tamamlanması nəzərdə tutulur. 

Qeyd edək ki, "Günəşli" yatağı 1980-ci ildən işlənilir. Yataq SOCAR şirkətinin ümumi neft hasilatının 65%-ni təmin edir. 

Son xəbərlər

Orphus sistemi