SOCAR Gürcüstanın dizel yanacağına tələbatının 50%-dək hissəsini təmin edir

SOCAR Gürcüstanın dizel yanacağına tələbatının 50%-dək hissəsini təmin edir Kulevi terminalının saxlama gücü 320 min kubmetrdir və gələcəkdə genişləndiriləcək
Energetika
1 Fevral , 2016 12:07
SOCAR Gürcüstanın dizel yanacağına tələbatının 50%-dək hissəsini təmin edir

Bakı. 1 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstanın neft məhsulları bazarının dizel yanacağı tələbatının 50%-ə qədər hissəsini təmin edir. "Report" xəbər verir ki, bunu Azərbaycan-İndoneziya enerji forumunda çıxış edən SOCAR-ın Marketinq və iqtisadi əməliyyatlar İdarəsi İxrac Departamentinin rəis müavini Maqsud Mahmudov deyib.

M.Mahmudovun sözlərinə görə, gələcəkdə Kulevi terminalının həcminin artırılması planlaşdırılır: "SOCAR-ın idarə etdiyi Kulevi terminalının saxlama gücü 320 min kubmetrdir və gələcəkdə bunu genişləndirməyi düşünür". 

O, həmçinin qeyd edib ki, "SOCAR Trading"in əsas satış bazarı Cənubi Avropadır: "BƏƏ-dəki "SOCAR Aurora Fujairah Terminal FZE"-nin tutumu 347 min kubmetr təşkil edir. Gələcəkdə əlavə tələbatın yaranacağı təqdirdə, terminalın tutumu 650 min kubmetrə qədər artırıla bilər".

Son xəbərlər

Orphus sistemi