Mahir Məmmədov: “SOCAR Gürcüstanda qazlaşdırma proqramını, demək olar ki, bitirib”

Mahir Məmmədov: “SOCAR Gürcüstanda qazlaşdırma proqramını, demək olar ki, bitirib” “SOCAR Energy Georgia” şirkəti Gürcüstanda qazlaşdırma proqramını, demək olar ki, bitirib.
Energetika
30 Mart , 2019 11:41
Mahir Məmmədov: “SOCAR Gürcüstanda qazlaşdırma proqramını, demək olar ki, bitirib”

SOCAR Energy Georgia” şirkəti Gürcüstanda qazlaşdırma proqramını, demək olar ki, bitirib".

Bunu “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəməsi “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov bildirib.

Onun sözlərinə görə, artıq dövlət tərəfindən onun başa çatması təsdiqlənib: “Ancaq, aydın məsələdir ki, ölkə tam qazlaşdırılmayıb. İstehsalat, texniki, həm də biznes nöqteyi-nəzərindən ölkəni tam qazlaşdırmaq qeyri-mümkündür. Ancaq, bununla belə, qazlaşdırma Gürcüstanda çox yüksək səviyyədədir. Biz öz kommersiya maraqlarımızdan irəli gələrək idarəçilik etdiyimiz bütün regionlarda, ayrı-ayrı kəndlərdə, xüsusilə də Kvemo-Kartli (Borçalı) bölgəsində qazlaşdırmanı artıq dövlət tərəfindən planlaşdırılmış böyük proqram əsasında deyil, nöqtəvi şəkildə aparırıq. Qazlaşdırma bu gün də davam edir”.

Qeyd edək ki, SOCAR Gürcüstanda biznes fəaliyyətinə 2006-cı ildə başlayıb. Elə həmin ildə də neftin Qərb bazarlarına nəql edilməsi məqsədilə Kulevi Neft Terminalı satın alınıb. “SOCAR Georgia Petroleum” MMC 115 yanacaqdoldurma məntəqəsi, 16 xidmət mərkəzi və 5 neft terminalına malik olduğu Gürcüstan bazarında Azərbaycanın və üçüncü tərəflərin neft məhsullarının topdan və pərakəndə satışını təşkil edir. “SOCAR Georgia Gas” MMC Gürcüstanın regionlarına təbii qaz tədarükü və paylanmasını həyata keçirir və 670 mindən artıq abonentə xidmət göstərməklə yerli qaz şəbəkəsini idarə edir.

Son xəbərlər

Orphus sistemi