SOCAR Gürcüstanda daha bir kəndin qazlaşdırılmasını başa çatdırdı

SOCAR Gürcüstanda daha bir kəndin qazlaşdırılmasını başa çatdırdı Bu layihənin icrası sayəsində şirkətin potensial abunəçilərinin sayı 496 vahid artacaq
Energetika
21 Oktyabr , 2020 16:30
SOCAR Gürcüstanda daha bir kəndin qazlaşdırılmasını başa çatdırdı
0 : 00
0 : 00

Çərşənbə günü bu yaxınlarda qazlaşdırma işlərinin başa çatdırıldığı Gürcüstanın Dmanisi bələdiyyəsindəki İrqançay kəndinə təbii qazın verilməsi ilə bağlı təntənəli mərasim keçirilib.

“Report” xəbər verir ki, açılış mərasimində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Kvemo Kartlinin qubernatoru Şota Rexviaşvili, Marneuli meri, majoritar deputat Zaur Darğalı və digər rəsmi şəxslər iştirak ediblər.

Bu layihənin icrası sayəsində şirkətin potensial abunəçilərinin sayı 496 vahid artacaq.

Qeyd edək ki, Dmanisi bələdiyyəsində 295 kilometr uzunluğunda qaz kəməri çəkilib və 7 029 potensial abonent qazla təmin edilib. 2020-ci ilin planına uyğun olaraq, daha iki kənddə (12,3 kilometr uzunluğunda olan və daha 242 abonentin qoşulması imkanı ilə) qazpaylayıcı şəbəkələr inşa olunur.

Hazırda Dmanisi rayonunda qazlaşdırma səviyyəsi 83,1%-dir.

Son xəbərlər

Orphus sistemi