SOCAR "Günəşli" yatağında yeni özüldə qazma işlərinə başlayıb

SOCAR "Günəşli" yatağında yeni özüldə qazma işlərinə başlayıb "SOCAR-AQŞ" şirkəti "Bulla" yatağında qazma işləri üçün hazırlıq işlərini davam etdirir
Energetika
6 Aprel , 2016 11:15
SOCAR Günəşli yatağında yeni özüldə qazma işlərinə başlayıb

Bakı. 6 aprel. REPORT.AZ/ "SOCAR-AQŞ" şirkəti “Günəşli” yatağında yeni istismara verilmiş 7 saylı dərin dəniz stasionar özülündən layihə dərinliyi 2 850 metr olan 316 saylı quyuda qazma işlərinə başlayıb.

"Report"un "SOCAR-AQŞ"-yə istinadən verdiyi xəbərə görə, 316 saylı quyunun Fasilə Lay Dəstəsinin (FLD) tağ hissəsinə maili istiqamətləndirilmiş qazılması planlaşdırılır. Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

Qeyd edək ki, "SOCAR-AQŞ" MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və “Abşeron Qazma” şirkəti tərəfindən 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş və horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir. Hazırda "SOCAR-AQŞ" dayaz sulu ‘"Günəşli" ’yatağında yerləşən 7 və 11 saylı, "Qərbi Abşeron" yatağının 20 saylı və ‘"Ümid’" yatağının 1 saylı Dərin Dəniz Stasionar Özüllərində (DDSÖ) qazma işləri aparır. Müəssisə eyni zamanda "Bulla" yatağında qazma işlərinin həyata keçirilməsi üçün hazırlıq işlərini davam etdirir.

Son xəbərlər

Orphus sistemi