Yuxarı
    Bağlamaq

    ​SOCAR: "Günəşli" yatağında baş vermiş yanğın zamanı ölən olmayıb

    Hazırda SOCAR rəhbərliyi hadisə yerindədir

    Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağındakı qazma platformasında baş vermiş yanğının nəticələrinin aradan qaldırılması ilə bağlı aparılan əməliyyat tədbirləri davam etdirilir. Bunu "Report"a SOCAR-ın “Azneft” İstehsalat Birliyində hadisə ilə bağlı yaradılmış qərargahdan məlumat verilib.

    Məlumata görə, "Günəşli" yatağının 10-cu blokunda baş vermiş hadisə zamanı ölən yoxdur və hazırda SOCAR rəhbərliyi hadisə yerindədir.

    Qeyd edək ki, dekabrın 4-də baş verən güclü tufan saat 17:40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib.

    Hadisə ilə bağlı FHN-in xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” və “Topaz” yanğınsöndürən gəmiləri, habelə “Avyor” dalğıc və “Samir Quliyev” yedək gəmiləri vasitəsi ilə təxliyyə işləri həyata keçirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi