"SOCAR-GPC" layihəsi üzrə illik gəlir 0,8-1,2 mlrd. dollar hesablanır

"SOCAR-GPC" layihəsi üzrə illik gəlir 0,8-1,2 mlrd. dollar hesablanır Layihə üzrə ümumi investisiya xərcləri 4,2 mlrd. dollar təşkil edəcək
Energetika
3 Noyabr , 2017 12:00

Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaradağ rayonu ərazisində inşa etməyi planlaşdırdığı qaz emalı və neft-kimya kompleksi - "SOCAR-GPC" layihəsi üzrə illik gəlirin məbləği 0,8-1,2 mlrd. ABŞ dolları hesablanır.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən SPE Xəzər illik Texniki Konfrans və Sərgisində "SOCAR Polymer" MMC-nin baş direktoru Fərid Cəfərov bildirib.

Onun sözlərinə görə, layihə üzrə ümumi investisiya xərcləri isə ilkin qiymətləndirməyə əsasən 4,2 mlrd. dollar təşkil edəcək. 

"Qaz Emalı Zavodunun illik gücü 10 mlrd. kubmetr həcmində nəzərdə tutulub. Kompleksdə həmçinin 600 min ton polietilen və 130 min ton propilen istehsalı nəzərdə tutulur", - o qeyd edib. 

F.Cəfərov hazırda layihənin FEED (Front End Engineering Design - ilkin detallı qiymətləndirmə) mərhələsində olduğunu da deyib.

Son xəbərlər

Orphus sistemi