SOCAR Gorus-Qafan yolunun üzərində yeni YDM istifadəyə verib

SOCAR Gorus-Qafan yolunun üzərində yeni YDM istifadəyə verib Böyük zəfərin ardından işğaldan azad edilmiş Qarabağ bölgəsində fasiləsiz quruculuq işləri həyata keçirilir. Bu quruculuq işləri dövründə nəqliyyat vasitələrinin fasiləsiz yanacaqla təmin edilməsi məqsədilə “SOCAR PETROLEUM” QSC Qubadlı rayonunda, Gorus-Q
Energetika
178
26 Noyabr , 2021 16:53
SOCAR Gorus-Qafan yolunun üzərində yeni YDM istifadəyə verib

Böyük zəfərin ardından işğaldan azad edilmiş Qarabağ bölgəsində fasiləsiz quruculuq işləri həyata keçirilir. Bu quruculuq işləri dövründə nəqliyyat vasitələrinin fasiləsiz yanacaqla təmin edilməsi məqsədilə “SOCAR PETROLEUM” QSC Qubadlı rayonunda, Gorus-Qafan yolunun üzərində, “SOCAR” brendli yeni yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verib.

Bu barədə “Report”a Dövlət Neft Şirkətinin (SOCAR) ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

Onun sözlərinə görə, beləliklə “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM-lərin sayı 41-ə çatdırılıb: “Qarabağ bölgəsində isə “SOCAR” yanacaqdoldurma məntəqələrinin sayı uçə çatıb”.

İ. Əhmədov bildirib ki, YDM özünə xidmət üsulu ilə fəaliyyət göstərəcək: “Belə ki, müştərilə YDM-də quraşdırılmış xüsusi ödəniş terminalı vasitəsilə ödəməni həyata keçirdikdən sonra özləri yanacaqpaylayıcı kalonkadan yanacaq təminatlarını ödəyə biləcəklər. Yeni istifadəyə verilmiş YDM-də üç yanacaqpaylayıcı kalonka quraşdırılıb. Beləliklə bu yanacaqdoldurma məntəqəsində “A-95- PREMİUM, “A-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək. Bununla da 4 kiçik və bir iritutumlu avtonəqliyyat vasitələrinin yanacaqla təmin edilməsi üçün şərait yaradılıb”.

SOCAR rəsmisi qeyd edib ki, “SOCAR PETROLEUM” YDM-lərlə yanaşı 11 neft terminalından ibarət neft məhsullarının topdan satışı şəbəkəsinə sahibdir: “Sıxılmış təbii qazın (CNG) mühərrik yanacağı kimi tətbiq olunmasında lider olan “SOCAR PETROLEUM”un bu tip yanacağın istehsalı və satışı üçün terminalı fəaliyyət göstərir. “SOCAR PETROLEUM”un fəaliyyətinin prioritet istiqamətləri təhlükəsizlik, yanacaq satışının dəqiqliyi və xidmət rahatlığına xüsusi diqqət yetirərək müştərilərin ehtiyaclarını təmin etməkdir”.

O qeyd edib ki, SOCAR daha əvvəl Şuşada və Ağdam rayonunda modul tipli YDM-ləri açıb: “Sonuncu istismara verilən YDM isə Qubadlı rayonu, Eyvazlı kəndinin ərazisində yerləşir”.

Son xəbərlər

Orphus sistemi