"SOCAR Georgia" Gürcüstanda Dövlət Agentliyini məhkəməyə verib

"SOCAR Georgia" Gürcüstanda Dövlət Agentliyini məhkəməyə verib İrakli Zubitaşvili: "Bu, biznesi qorxutmaq cəhdidir"
Energetika
7 Avqust , 2015 18:46
SOCAR Georgia Gürcüstanda Dövlət Agentliyini məhkəməyə verib

Bakı. 7 avqust. REPORT.AZ/ "SOCAR Georgia" şirkəti Gürcüstanın Antiinhisar Agentliyi tərəfindən ölkənin 5 iri neft şirkətinə qarşı sövdələşərək yüksək qiymətlərin tədbiqində ittiham edərək, qaldırdığı iddialarla bağlı məsələyə münasibət bildirib.

"SOCAR Georgia" şirkətinin Korporativ bizneslə əlaqələr xidmətinin rəhbəri İrakli Zubitaşvili "Report"a bildirib ki, qısa müddət ərzində yaradılan Agentlik, güya Gürcüstanda fəaliyyət göstərən "SOCAR Georgia", "Wissoil", "LUKoil", "Rompetrol", "Gaos"  kimi beş neft şirkətinin fəaliyyətinin öyrənilməsi ilə bağlı araşdırma aparıb.

Eyni zamanda, I.Zubitaşvilinin sözlərinə görə, "SOCAR Georgia" şirkəti Agentliklə sıx əməkdaşlıq edib və ona bütün lazımi sənədləri təqdim edib. "Buna baxmayaraq, onlar birtərəfli qaydada şirkətlərdə pozuntuların aşkarlanması və Agentlik tərəfindən onların cəzalandırılacağı ilə bağlı qərar qəbul edib".

"Bununla qəti razı deyilik, bu səbəbdən hüquq şirkətinə müraciət etmişik. Bütün imkanlarımızı səfərbər edərək, bu məsələni məhkəmədə həll edəcəyik. Biz 100% əminik ki, onlar məhkəməni uduzacaq. Şirkət artıq bütün dəlilləri təqdim edib, indi isə Agentlik onlarda olmayan dəlilləri təqdim etməlidir".

Bununla belə İ.Zubitaşvili qeyd edib ki, Agentliyin məhkəməni udacağı təqdirdə yanacağın qiymətlərinin endirilməsi mümkün deyil: "Bu, özəl şirkətdir. Bu biznes sahəsi Gürcüstan büdcəsinə böyük məbləğdə vergilər ödəyir, sosial layihələri dəstəkləyir, Gürcüstanda önəmli rol oynayır. Agentlik şirkətlərə təzyiq göstərmək və onları qiymətləri endirməyə məcbur etmək hüququna malikdir? Bu mexanizm qanunvericiliklə nəzərdə tutulmayıb, həm də bu, biznesi qorxutmaq cəhdidir".

"SOCAR Georgia" rəsmisi həmçinin qeyd edib ki, şirkətlər öz maraqlarını məhkəmədə ayrı-ayrılıqda müdafiə edəcək. Belə ki, Agentlik iddiasını hər şirkətə qarşı fərdi qaydada irəli sürüb. Lakin o, ümidvar olduğunu bildirib ki, məhkəmə bu işlərin icraatını birləşdirəcək və bundan sonra işi aparmaq daha asan olacaq. 

Son xəbərlər

Orphus sistemi