​SOCAR gələn ilin sonuna Rumıniyada 14-dək əlavə yanacaqdoldurma məntəqəsi açacaq

​SOCAR gələn ilin sonuna Rumıniyada 14-dək əlavə yanacaqdoldurma məntəqəsi açacaq Bu stansiyalar Rumıniyanın böyük şəhərlərində açılacaq
Energetika
22 Sentyabr , 2015 12:15
​SOCAR gələn ilin sonuna Rumıniyada 14-dək əlavə yanacaqdoldurma məntəqəsi açacaq

Bakı. 22 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2016-cı ilin sonuna kimi Rumıniyada 12-14 yanacaqdoldurma məntəqəsi açmağı planlaşdırır.

"Report" xəbər verir ki, bunu SOCAR-ın Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimov bu ölkədə dərc olunan "Neft sənayesi icmalı" jurnalına müsahibəsində bildirib.

O qeyd edib ki, bu stansiyalar əsasən Rumıniyanın böyük şəhərlərində açılacaq.

"SOCAR Rumıniyada yanacaqdoldurma məntəqələri şəbəkəsini genişləndirməkdə davam edəcək. Yanacaqdoldurma məntəqələrinin sayını genişləndirməklə SOCAR bu ölkədə bazar payını artıracaq. Sevindirici haldır ki, Rumıniya xalqı bizim xidmətləri bəyənir"-,H.Kərimov bildirib.

O xatırladıb ki, 2011-ci ildən "SOCAR Romania"nın fəaliyyətə başlamasından indiyədək ölkədə "SOCAR" brendi ilə 31 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir.

Qeyd edək ki, SOCAR Rumıniyanın 14 regionunda yanacaqdoldurma məntəqələrinə malikdir.

Son xəbərlər

Orphus sistemi