Xalik Məmmədov: ​"SOCAR gələn aydan regionlarda kadrlar hazırlayacaq"

Xalik Məmmədov: ​"SOCAR gələn aydan regionlarda kadrlar hazırlayacaq" "Respublikada qaz xətlərinə xidmət edəcək 400-ə yaxın kadra ehtiyac var"
Energetika
15 Sentyabr , 2015 18:53
Xalik Məmmədov: ​SOCAR gələn aydan regionlarda kadrlar hazırlayacaq

Bakı. 15 sentyabr. REPORT.AZ/ "Regionların qazlaşdırılması nəticəsində abonentlərin sayı artır, amma regionlarda mütəxəssis qıtlığı var. "Azəriqaz" İB-nin rəhbərliyi bu barədə məsələ qaldırıb". "Report" xəbər verir ki, bunu bu gün SOCAR-ın in kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib. 

"Bu məsələylə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq İdarəsi və rayon icra hakimiyyətlərinin rəhbərləri ilə birgə rayonlarda müsabiqə təşkil olunacaq. SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin təlim mərkəzlərinin mütəxəssisləri rayonlarda seçilmiş gənclərin birbaşa təhsili və tədrisi ilə məşğul olacaq. Bununla kadr çatışmazlığı aradan qaldırılaraq qaz proqramına uyğun qaz sahələrinə xidmət edən çilingərlər hazırlanacaq", - vitse-prezident deyib.

Onun sözlərinə görə, "Azəriqaz" vakansiyalar elan edib və həmin vakansiyalara uyğun mütəxəssislər hazırlanacaq.

X.Məmmədov respublika üzrə ümumilikdə qaz xətlərinə xidmət edəcək 400-ə yaxın kadra ehtiyac olduğunu qeyd edib.

O əlavə edib ki, prosesə gələn ayın əvvəlindən başlanacaq və təlimlər SOCAR-ın regional mərkəzlərində təşkil olunacaq. 

Son xəbərlər

Orphus sistemi