Bakı. 21 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Günəşli" yatağının dayazsulu hissəsində yeni quyu qazacaq.
Şirkətdən "Report"a bildirilib ki, artıq hazırlıq işlərinə başlanılıb: 353№-li bu quyu 14 saylı Stasionar Dəniz Platformasından qazılacaq. "Fasilə" Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 3 100 metr təşkil edəcək.
Quyudan sutkada 80 ton kondensat və 15 min kubmetr qaz hasil olunacağı nəzərdə tutulur.
Qazma işlərini SOCAR şirkətinin "28 May" NQÇİ-nin sifarişi ilə Kompleks qazma işləri Tresti həyata keçirəcək.
Qeyd edək ki, "Günəşli" yatağının dayazsulu hissəsi 1980-ci ildən işlənilir. Yataq SOCAR şirkətinin ümumi neft hasilatının 65%-ni təmin edir.