​SOCAR fevralda neft məhsullarının ixracını artırıb

​SOCAR fevralda neft məhsullarının ixracını artırıb Hesabat ayında Azərbaycan təyyarə yanacağının ixracını 26% artırıb
Energetika
2 Mart , 2015 17:37
​SOCAR fevralda neft məhsullarının ixracını artırıb

Bakı. 2 mart. REPORT.AZ/ Bu ilin fevral ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 129 895,462 ton neft məhsulu ixrac edilib.

SOCAR-dan "Report"a bildirilib ki, ixracl edilən məhsulun 54 070,386 tonu, yaxud 41,63%-i dizel yanacağı, 16 478,974 tonu və ya 12,67%-i təyyarə yanacağı, 45 500,614 tonu, yaxud 35,03%-i vakuum qazoylu və 13 845,488 tonu və ya 10,66%-i aşqarın (depressor AKİ) payına düşür.

Ötən ilin fevral ayı ilə müqayisədə SOCAR tərəfindən ixrac edilən neft məhsullarının ümumi həcmi 3,13%, təyyarə yanacağı 25,91%, vaakum qazoylu 32,09% artıb, dizel yanacağının ixracı isə 37,25% azalıb.

Məlumata görə, fevral ayında avtomobil benzini, DT yanacağı, soba mazutu, sürtgü yağları, neft bitumu və ağır piroliz ixrac edilməyib.

Qeyd edək ki, SOCAR 2015-ci ilin ilk iki ayında 339 651,768 ton, yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 52,75% çox neft məhsulu ixrac edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə yanvar-fevral ayları ərzində SOCAR 0,58% çox, yəni 165 227,571 ton dizel yanacağı, 39,68% çox, yəni 32 470,643 ton təyyarə yanacağı, 2,6 dəfə çox, yəni 123 620,850 ton vakuum qazoylu ixrac edib. Ötən ilin yanvar-fevral aylarında soba mazutu və aşqar (depressor AKİ) ixracı qeydə alınmasa da, bu ilin ilk iki ayı ərzində 178,836 ton soba mazutu və 18 153,868 ton aşqar ixrac olunub.

Son xəbərlər

Orphus sistemi