“SOCAR Enerji Georgia Gas” şirkəti Gürcüstanda 200 minədək potensial abunəçi üçün qaz şəbəkəsi yaradıb

“SOCAR Enerji Georgia Gas” şirkəti Gürcüstanda 200 minədək potensial abunəçi üçün qaz şəbəkəsi yaradıb Bu sözləri SOCAR Enerji Georgia Gas” şirkətinin rəhbəri Azər Məmmədov söyləyib
Energetika
28 Dekabr , 2014 19:03
“SOCAR Enerji Georgia Gas” şirkəti Gürcüstanda 200 minədək potensial abunəçi üçün qaz şəbəkəsi yaradıb
Bakı. 28 dekabr. REPORT.AZ/ Gürcüstanda sənaye obyektlərinin və əhali abonentlərinin təbii qazla təminatı bu ölkənin İqtisadiyyat Nazirliyi ilə 2008-ci ildə imzalanmış investisiya müqaviləsi əsasında həyata keçirilir. Həmin müqaviləyə əsasən “SOCAR Enerji Georgia Gas” şirkəti, həmçinin yeni qaz şəbəkələri yaradır.

"Report" xəbər verir ki, bu sözləri AzərTAc-a müsahibəsində “SOCAR Enerji Georgia Gas” şirkətinin rəhbəri Azər Məmmədov söyləyib.

A.Məmmədov deyib: “Şirkət bu günədək Gürcüstanda 200 minədək potensial abonent üçün qaz şəbəkəsi yaradıb. 2013-cü ilin dekabr ayında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin iştirakı ilə imzalanmış memoranduma əsasən potensial abonentlərimiz 150 mindən 250 minə yüksəldi. Layihənin 2017-ci ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulub. Hər il biz tikilən obyektlərin siyahısını Gürcüstanın Energetika Nazirliyi ilə razılaşdırırıq, sonra tikinti planı təsdiq olunur və təsisçi tərəfdən investisiyalar ayrılır”.

Gələn il əlavə olaraq təxminən 32 min abonentin də təbii qazla təmin edilməsi planlaşdırılır. Nəticədə investisiya layihəsinin sonunda Gürcüstanda təqribən 80 faizdən çox qazlaşdırma işinin görülməsi nəzərdə tutulub.

A.Məmmədov onu da bildirib ki, şirkət azərbaycanlıların yığcam yaşadıqları Marneuli, Qardabani, Bolnisi və digər bölgələrə xüsusi diqqət yetirir. Soydaşlarımızın yaşadıqları kəndlərdə abonentin evinə təbii qaz verəndə evlərin mülkiyyət hüququnu təsdiq edən sənədlərin dövlət reyestrindən keçmədiyinin şahidi oluruq. Bu da bir sıra problemlər yaradır. “Məsələ ilə əlaqədar nazirliklə danışıqlar aparılır və çətinliklərin aradan qaldırılmasına çalışırıq” – deyə, A.Məmmədov vurğulayıb.

Son xəbərlər

Orphus sistemi