"SOCAR Energy Ukraine": Bazarın iştirakçıları üçün yeni səviyyə hədəfi müəyyənləşdirmişik

"SOCAR Energy Ukraine": Bazarın iştirakçıları üçün yeni səviyyə hədəfi müəyyənləşdirmişik "SOCAR Energy Ukraine" istehlakçıları mükəmməl keyfiyyət, xidmət, yeniliklərlə təəccübləndirir"
Energetika
7 Noyabr , 2016 17:58
SOCAR Energy Ukraine: Bazarın iştirakçıları üçün yeni səviyyə hədəfi müəyyənləşdirmişik

Kiyev. 7 noyabr. REPORT.AZ/ "SOCAR rəqiblərlə eyni qiymət seqmentində qalmaqla bərabər, istehlakçıları mükəmməl keyfiyyət, xidmət, yeniliklərlə təəccübləndirir və onların etibarını qazanır". Bu barədə "Report"a "SOCAR Energy Ukrayna" şirkətindən bildiriblər.

"Üstündən bir müddət keçəndən sonra, bu gün Ukrayna şəhərlərində, şəbəkəmizin fəaliyyət göstərdiyi nöqtələrdə insanların SOCAR-ın varlığına alışdıqlarını və xidmətin onlar üçün zəruri ehtiyaca çevrildiyini əminliklə söyləyə bilərik. Yeni səviyyə hədəfi müəyyənləşdirmişik və bazarın digər iştirakçıları da buna doğru can atır. Ancaq bizim missiyamızın məqsədi ondan ibarətdir ki, daimi inkişaf yolunda hətta böyük sevgi ilə görülmüş kiçik işlərin belə dünyanı dəyişdirəcəyinə inanırıq. Biz bu dəyişiklikləri ukraynalıların maraqları çərçivəsində həyata keçiririk", - deyə SOCAR-dan vurğulanıb.

Şirkətdən SOCAR yanacaqdoldurma məntəqələrinin (YDM) rəqibləri üzərindəki üstünlükləri barədə də məlumat verilib: "SOCAR" brendi altında Ukrayna bazarına 2011-ci ildə çıxmışıq. Bütün komanda eyni şeyi düşünürdü, necə deyərlər, eyni nöqtəyə istiqamətlənmişdik. Bizi pərakəndə yanacaq satışı seqmentində keyfiyyət standartları haqqında fikirləri dəyişdirmək, hər bir ukraynalıya yüksək keyfiyyətli xidmət almaq imkanı qazandırmaq ideyası ilhamlandırırdı. Bir çox hallarda təklifimizin keyfiyyət səviyyəsi müştəri xidmətlərində və YDM-lərin dizaynında əksini tapan yeniliklərlə müəyyən olunub. Biz müştərilərə pulsuz Wi-Fi, kimyəvi təmizləmə və yük yerinin yığılması xidməti, biznes-guşə və s. təklif edən ilk şirkət olmuşuq. Bizim YDM-lərə gələnlər yanacağın keyfiyyətindən tam əmin ola bilərlər. Axı əsas tədarükçülərimizdən biri Avropanın aparıcı neft emalı zavodlarından olan "Orlen Lietuva"dır (Litva). Eyni sözlər yeməklərə və içkilərə də aiddir. Məsələn, YDM-lər açılan ilk gündən müştərilərə təbii elit qəhvə sortlarından hazırlanan içkilər təqdim edirik".

"SOCAR Energy Ukraine" şirkəti Ukrayna bazarında sabit sistemli yüksəlişini davam etdirmək niyyətindədir: "Hədəfimiz təəccübləndirməyə, sevindirməyə və müştərilərimizi məmnun yola salmağa davam etməkdir. Eyni zamanda, daxildən dəyişəcəyik. Hədəflədiyimiz sabit sistemli yüksəliş böyük sistemləşdirilmiş fəaliyyət əsasında ola bilər. Bununla əlaqədar, yenilikçi ruhunu qorumaq və lazımi sürətlə hərəkət edərək sevgi ilə unikal məhsullar yaratmağa davam etmək bizim üçün çox vacibdir. Sistemləşdirmək zərurəti və yenilikçilik arasında balans saxlamağa bizə yeni təşkilati struktur və yenilənmiş peşəkarlar komandası imkan yaradacaq".

Son xəbərlər

Orphus sistemi