Yuxarı

SOCAR: Meydançanın çökən hissəsinin təmirinə ən qısa zamanda başlanacaq

SOCAR: Meydançanın çökən hissəsinin təmirinə ən qısa zamanda başlanacaq
Hadisə nəticəsində ölən və yaralananlar yoxdur

Bakı.5 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) N.Nərimanov adına Neft-Qazçıxarma İdarəsinin "Ələt" yatağındakı 41 saylı platformasında meydançanın dizel yanacağı tutumunun altındakı hissə dünən axşam saatlarında çöküb.

SOCAR-dan “Report”a verilən məlumata görə, dərhal müvafiq tədbirlər görülüb. Bu gün səhər saatlarından SOCAR-ın "Neftqazelmitədqiqatlayihə" İnstitutunun əməkdaşları hadisə yerinə cəlb olunublar: “Ələt” yatağının tam olaraq elektrik enerjisi ilə təchiz edilməsi üçün müvəqqəti tutum qoyulub. Hadisə nəticəsində ölən və yaralananlar yoxdur. Eyni zamanda, sütun germetik bağlı olduğundan dənizə heç bir dağıntı olmayıb”.

Qeyd olunub ki, bu gün dizel yanacağı tutumları dənizdən çıxarılıb və meydançanın çökən hissəsinin ən qısa zamanda təmirinə başlanacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi