SOCAR əməkdaşlarının maaşları 10% artırılıb

SOCAR əməkdaşlarının maaşları 10% artırılıb
Energetika
1971
6 Mart , 2018 16:00
SOCAR əməkdaşlarının maaşları 10% artırılıb

Bakı. 6 mart. REPORT.AZ/ Bu il martın 1-dən etibarən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) strukturlarında əmək müqaviləsi ilə çalışan bütün işçilərin aylıq vəzifə maaşları 10% artırılıb.

“Report” xəbər verir ki, bu barədə Şirkətin sosial şəbəkələrdəki rəsmi səhifəsində qeyd edilib.

Bildirilib ki, bundan başqa, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qadın işçilərə 100 manat məbləğində mükafat təyin olunub.

Qeyd edək ki, SOCAR-da çalışan 51 min nəfərə yaxın işçinin 8500-ə yaxını qadındır.

Son xəbərlər